Azərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTO

Azərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOBakı şəhəri İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdi Camal Əfəndi beynəlxalq mükafatlara layiq görülüb.
azxeber.com xəbər verir ki, C.Əfəndi 2025-ci il mart ayında Nyu Yorkda BMT- nin baş ofisində keçirilən "Change the World MUN" konfransında ölkəmizi uğurla təmsil edib.
194 ölkədən qatılmış 7000 gəncdən ibarət olan konfransda 15-18 yaşlı nümayəndələr arasında 10 mükafatdan ikisini Azərbaycan qazanıb. 
Həmin mükafatları qazanan şagirdlərimizdən biri də Camal Əfəndidir.
O, beynəlxalq məsələlərin müzakirəsində analitik düşüncə tərzi, mükəmməl nitq qabilliyyəti, araşdırma və s qabilliyyətinə görə "Best Delegate" və "Best Delegation" mükafatlarına layiq görülüb.  Daha sonra Camal Əfəndi BİC - ofisinə dəvət alıb. 
Onu da qeyd edək ki, bu Camal Əfəndinin iştirak etdiyi ikinci beynəlxalq miqyaslı tədbir olub. Onun iştirak etdiyi ilk tədbir Fransada UNESCO-nun baş ofisində olub. Həmin vaxt o, "Honorable Mention" mükafatına layiq görülmüşdü.
Camal Əfəndi ilə yanaşı, Alpay Novruzov, Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin 10-cu sinif şagirdləri Lalə Musayeva və Omar Qurbanov da CWMUN konfransında nailiyyətlər əldə ediblər. Belə ki, adları çəkilən hər iki məktəbli "Change the World Model United Nations New York 2025"də ölkəmizi BMT-nin baş ofisində təmsil ediblər.
194 ölkədən bir araya gələn 7000 gənc arasında şagirdlərimiz "Honourable mention" mükafatına layiq görülüblər.
Məlumat üçün bildirək ki, CWMUN - BMT formatında keçirilən konfransdır. Bu tədbir diplomatiya ilə maraqlanan gənclərin, şagirdlərin bir araya gəlib beynəlxalq məsələləri müzakirə edib, həll yolunu tapma platformasıdır.
Konfransa qatılan iştirakçılar müxtəlif ölkə və təşkilatları təmsil edərək müzakirə bacarıqlarını inkişaf etdirirlər. Bunun üçün iştirakçılar geniş tədqiqat aparmalı, sosial ədalət, insan haqları, ekoloji problemlər, səhiyyə və digər məsələlərə dair müzakirələr etməlidirlər.
Vətənimizi layiqincə təmsil edən gənclərimizə uğurlar arzu edirik. 
Azərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTOAzərbaycanlı məktəbli Camal Əfəndi beynəlxalq mükafata layiq görüldü – FOTO

Sosial       Tarix: 11 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag axsam az xeberler son xeberler bu gun cəbhədən son xəbər