Azərbaycanlı müğənni: "Qızımla rəfiqə ola bilmədim" - FOTO
Azərbaycanlı müğənni: "Qızımla rəfiqə ola bilmədim" - FOTO
"Məni böyüdən ən önəmli şeylərdən biri övladlarımdır. Bu dünyanın ən çətin, məsuliyyətli, hansı yaşda olursaq-olaq son nəfəsimizə qədər bitməyən və öyrətməyə davam edən məktəbi ana-atalıqdır. Bu dünyanın ən gözəl təşvişi, həyəcanı, qoxusu, dadı yenə ana və atalıqdır".
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Instagram" sosial şəbəkə hesabında yazıb. Ailəsi ilə fotolar yayımlayan ifaçı bunları əlavə edib:
"Əvəzsiz yolculuğa İpəklə başladım. İpəyə rəfiqə olmadım, ola da bilmərəm. Lakin biz rəfiqəlikdən çox yaxın sirdaş olduq. İçimi, hiss etdiklərimi, sıxıntılarımı, onunla sıx-sıx bölüşməyə başladım. Həyata baxışımız, düşüncələrimiz, xəyallarımız fərqli də olsa, bizi birləşdirən bir nöqtə var ki, orada mütləq bir araya gəlirik.
Onunla etdiyim söhbətləri, onun baxdığı pəncərəni çox sevirəm. Fərqliliyinin ahəngini sevirəm. Hər ana kimi mənim də dualarım, diləklərim tükənməzdir. Mən arzu ediləni deyil, arzunu, duanı sevirəm. Allah bu dünyanın kirini ürəyinə toxundurmasın. Toxundursa belə, nə olursa-olsun bir insanın baxışınla, dilinlə ruhunu, qəlbini qırma. Girdiyin hər yerə yaxşılıq, gözəlliyi, sevgini də bərabərində apar. Ürəyinə xoş gələn nə varsa ətrafınla da paylaş. Bu, ən faydalı duyğudan qəlbini məhrum qoyma. Qısaca, ruhumun ruhunu gələcəyə daşı, qızım!"






Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var