Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Türkiyə MN
Azərbaycan Ordusuna dəstək olmaq üçün Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina/EYP (əl istehsalı partlayıcıları) axtarışı və məhv edilməsi fəaliyyətləri daxilində bu günə qədər 304 min 318 kvadratmetr ərazi minalardan təmizlənib.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analiz və qiymətləndirmə mütəxəssisi mayor Pınar Kara deyib.
P.Kara bildirib ki, Azərbaycanla ikitərəfli hərbi və əməkdaşlıq sazişləri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşmə və təlim fəaliyyətlərinə dəstək davam edir: "Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə həyata keçirdikləri təlim və təcrübələrdə ixtisaslı heyətlə hər cür tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirirlər. Nazirliyimizin tabeliyində olan Hərbi Zavod, Tərsanə Əməliyyatı A.Ş. ilə Azərbaycan arasında imzalanan Mexanik Mina Təmizləmə Təchizatının (MEMATT) İstehsalı və Təslimatı Layihəsi çərçivəsində 5 maşından ibarət ikinci partiya Azərbaycana göndərilib. Təhsil, yardım və məsləhət fəaliyyətləri daxil olmaqla, "iki dövlət, bir millət" anlayışı ilə bu günə qədər olduğu kimi azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".
Akqabay
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər