Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşdü
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.
İlk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.
Bakıdan ziyarətə yola düşən zəvvarlar öz fikirlərini "Report"la bölüşüblər. Zəvvar İltifat Mədətova bildirib ki, Həcc ziyarəti onun çoxdankı arzusu olub. 62 yaşının olduğunu deyən zəvvar koronavirus pandemiyası ilə əlaqədar olaraq səfərlərin, ziyarətlərin bağlı olmasına görə iki ildir gözlədiyini bildirib:
"Nəhayət bu il qismət oldu. Allah hər kəsi arzusuna çatdırsın. Bütün Azərbaycan xalqı üçün dua edəcəyəm".
Digər zəvvar Cavanşir Aşurovun sözlərinə görə, 13-cü dəfədir Həcc ziyarətinə yola düşür:
"Hər dəfə başqa bir cür həyəcanlanıram. Məkkədə namaz qılarkən o qədər xoşbəxt oluram ki, o xoşbəxtliyi ancaq yaşamaq lazımdır".
Qeyd edək ki, ilk qrupda 180 nəfər var.
Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.
Xidmetler [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı