Azərbaycan–Türkiyə: qardaşlıq fəlsəfəsində müştərək güc və yeni hədəflər

Azərbaycan–Türkiyə: qardaşlıq fəlsəfəsində müştərək güc və yeni hədəflərAzərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi və həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.
"Türkiyə-Azərbaycan birliyi və qardaşlığı çox mühüm beynəlxalq amildir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkədə prezident seçkilərindən qısa müddət sonra, iyun ayının 12-13-də Azərbaycana etdiyi səfər də sabitlik, inkişaf və təhlükəsizliyə xidmət edən bu amilin önəmini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirir. 
20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iyunun 13-də mətbuata bəyanatla etdiyi çıxışında da qeyd olunduğu kimi, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək keçirdikləri görüş zamanı, istərsə də heyətlərin iştirakı ilə aparılan danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu diqqət mərkəzinə çəkildi.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu "İki dövlət, bir millət" şüarı altında bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı. 
İki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin artıq rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Dövlət başçımızın öz çıxışında dediyi kimi, iki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik.
Şübhəsiz ki, Şuşa Bəyannaməsi tarixi əhəmiyyət kəsb edən bir sənəddir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci ildə öz dahi xilaskar oğlunun, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirmişdir. İkinci Qarabağ savaşında əldə olunan tarixi Zəfərlə torpaqlarımızın işğalına birdəfəlik son qoyulmuş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Əlbəttə ki, bu şanlı Qələbənin əldə olunmasında Azərbaycan-Türkiyə qardaşlığı ən mühüm amillərdən biri kimi çıxış etmişdir.
44 günlük Vətən müharibəsinin gedişi və nəticələri bir daha sübut etdi ki, çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda güc amili əsas təsir vasitəsinə çevrilməkdədir. 
Cənab İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük ehtiyac var.
Bu gün bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir.
Türkiyə növbəti beşillikdə Rəcəb Tayyib Ərdoğanın liderliyində öz qüdrətini, dünyadakı nüfuzunu daha da artıracaq. Böyük türk xalqı öz mövqeyini daha da qətiləşdirərək yeni dövrün başlandığını bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan və Türkiyə dövlətləri iki liderin qardaşlığının vəhdətində regionda növbəti uğurlara birlikdə imza atacaqlar.
Naftalan şəhər sakini: Samir Qocayev / azxeber.com

Siyasi       Tarix: 18 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun