Azercell' 25 tələbəyə təqaüd ayırdı - FOTO
Lider operatorun növbəti "Tələbə Təqaüdü" Proqramının nəticələri açıqlandı
"Azercell Telekom" MMC-nin bu ilin oktyabr ayında elan etdiyi "Tələbə Təqaüdü" Proqramının nəticələri müəyyən edilib. Proqrama 1100-dən çox müraciət daxil olub. Mərhələli seçim prosesinin sonunda 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilmişdir.
"Tələbə Təqaüdü" Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.
"Azercell Telekom" MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verir, onları inkişaf etməyə, bilik və bacarıqlarını üzə çıxarmağa yardım edir. şirkət bu istiqamətdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələri təhsilə, yeni texnologiyaların öyrənilməsinə həvəsləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir





/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu