Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTO
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək.
Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
Azercell-in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlar telekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanın rolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznes etikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar, şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıra mövzuları əhatə edəcək.
Yekun qiymətləndirmə və müsahibələr nəticəsində Azercell ADA Universitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçmək imkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
"Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrin inkişafına töhfə verməkdən məmnunuq", - deyə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru Dilarə Hüseynova bildirib. "Biliklərimizi bölüşməklə və təcrübə imkanları təklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onların əmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik."
Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.




/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır