Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi5G dəstəkli Huawei, Xiaomi, OnePlus və Poco smartfonlarının sahibləri Fəvvarələr Meydanında yeni texnologiyanı sınaqdan keçirə bilərlər.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır. Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz Azercell olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verir.
5G lisenziyalı mobil cihazların sahibləri telefonlarının ekranında *595#YES yığmaqla istifadə etdikləri data paketləri çərçivəsində 5G sürətini sınaqdan keçirə bilərlər. Əlavə olaraq, lider mobil operatorun elan etdiyi xüsusi 5G kampaniyası çərçivəsində 31 yanvar 2023 tarixə kimi 5G şəbəkəsini test edən abunəçilərə 5GB həcmində internet paketi hədiyyə ediləcək. Hədiyyəlik mobil data paketini müştərilər 30 gün ərzində istifadə edə biləcək.
Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.
Qeyd edək ki, 5G dəstəkli Apple ve Samsung smartfonlarında isə bu texnologiyadan ölkə ərazisində istifadə etmək üçün hər iki istehsalçının xüsusi lisenziyası tələb olunur. Mobil operator sözügedən lisenziyaları əldə etdikdən sonra istehsalçılar müvafiq proqram təminatlarını yeniləyəcək və bu cihazlarda da 5G-nin yüksək sürətindən yararlanmaq mümkün olacaq.
Ümumiyyətlə, 5G texnologiyası hal-hazırda öz tətbiqini daha çox böyük sənaye şirkətlərində tapır: bura avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanı və s. aid etmək olar. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsinin tətbiqi üçün də daha geniş imkanlar yaradacaq. 5G texnologiyasının istehlakçı seqmentində tətbiqinə gəldikdə isə, bu imkanlar bütün dünyada inkişaf mərhələsindədir. / azxeber.com

İqtisadiyyat       Tarix: 27 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en yeni xeberler son xeberler 2026 cəbhədən şad xəbər