Azercell-in 4G şəbəkəsi Naxçıvan şəhərini əhatə etdi
İndi Naxçıvan sakinləri də lider mobil operatorun yüksəksürətli və etibarlı mobil internet xidmətlərindən yararlana bilərlər
"Azercell Telekom" MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəsi çərçivəsində artıq Naxçıvan şəhərini də öz 4G əhatə dairəsinə daxil etdi. Bu bölgədə aparılan işlər hazırda davam edir və 2023-cü il ərzində lider mobil operator Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.
Qeyd edək ki, 4G texnologiyasını dəstəkləməyən sim kart istifadəçiləri nömrələrini istənilən Azercell satış və ya xidmət mərkəzinə yaxınlaşaraq heç bir əlavə ödəniş etmədən yeni sim kart ilə dəyişə və üstündə 5GB həcmində yenilənməyən internet paket də hədiyyə ala bilərlər. Ətraflı məlumat üçün: 4G
Xatırladaq ki, Azercell ötən ilin avqust ayından etibarən infrastrukturunu ölkə boyu genişləndirir və gücləndirir. Bu müddət ərzində şirkət ümumilikdə 126 yeni 4G baza stansiyasını quraşdırıb, 1200-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparıb. Yeni quraşdırılan və modernləşdirilən baza stansiyalar paytaxt Bakı və Abşeron ilə yanaşı, Azərbaycanın bölgələrini də əhatə edib.
Mobil şəbəkə layihəsi çərçivəsində Azercell Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasında təkmilləşdirmə işləri aparmağı planlaşdırır. / azxeber.com

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR