"Azercell" kiber- təhlükəsizlikdə ölkədə ilk üçlükdədir

"Azercell"-in Cybercell komandası "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) müsabiqəsində vitse-çempion oldu
azxeber.com xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən "Critical Infrastructure Defense Challenge 2023" (CIDC-2023) tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində mühüm mərhələnin əsasını qoydu. 
Azərbaycanda ilk dəfə kiber hücumların simulyasiyası ilə keçirilən virtual müharibədə dövlət qurumları, təhsil və telekommunikasiya müəssisələri, bankların informasiya texnologiyaları üzrə komandaları iştirak edib. 
Müsabiqədə "Azercell"-in Təhlükəsizlik Departamentinin əməkdaşları - Vüsal Həsənov, Əmiraslan Quliyev, Cavid Cabbarlı, Əhməd Hacılı və Çingiz Balabəyovdan ibarət "Cybercell" komandası vitse-çempion titulunu qazanıb. Departamentin əməkdaşı İsmayıl Eyyub isə fərdi yarışda 136 iştirakçı arasında birinci yer tutub. 
"Azercell"-in Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov komandanın çıxışı haqqında danışıb: ""Cybercell"-in CIDC 2023 müsabiqəsindəki nəticələri ilə qürur duyuruq. Bu, bizim həm kiber-təhdidlərə qarşı mübarizəmizin, həm də "Azercell" olaraq müştərilərimizin təhlükəsizliyini hər şeydən üstün tutmağımızın əyani  nümunəsidir. Müsabiqədə fərdi yarışlarda birincilik qazanmış əməkdaşımız İsmayıl Eyyubu isə qələbəsi  münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!".
Qeyd edək ki, kritik infrastruktur kateqoriyasına aid olan dövlət və özəl qurumlardan ümumilikdə 41 komanda bu yarışda iştirak edib ki, onlardan 20 komanda finala yüksəlib. Finalda iştirakçılar real kiber-hücum hallarını simulyasiya edilməklə, böhran halında infrastrukturun mühafizəsini təmin etmək kimi tapşırıqlar yerinə yetiriliblər. "Azercell"-in "Cybercell" komandası bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələrək yarışın mükafatçıları sırasına daxil olub. 

İqtisadiyyat       Tarix: 05 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun az xeber cəbhədən video cəbhədən xəbərlər