"Azercell Könüllüləri" Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb
Hər il olduğu kimi, bu il də "Azercell Könüllüləri" Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.
Könüllülər "Həmrəy olaq, qəlbləri sevindirək!" adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsi şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək, onların övladlarını sevindiriblər. Xeyriyyə tədbiri müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid uşaqları əhatə edib. Könüllülər, Azercell şirkətinin əməkdaşları və onlara dəstək verən dostların köməyilə 200-ə yaxın uşağa hədiyyə təqdim ediblər.
Bundan əlavə, SOS Uşaq Kəndlərində 100-ə yaxın uşaqla görüşən "Azercell Könüllüləri", onlarla birgə bütün gün keçirib, bayram sevinci yaşadıblar.
"Həmrəy olaq, qəlbləri sevindirək!" aksiyası Azərbaycanın bir çox bölgəsində, o cümlədən işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində də reallaşdırılıb.
Qeyd edək ki, "Azercell Könüllüləri" öz fəaliyyətlərini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirirlər.



/ azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu