Azercell "Tələbə Təqaüdü Proqramı 2024" üçün qeydiyyatı açıq elan edir
Lider mobil operatorun "Tələbə Təqaüdü Proqramı"na seçilmiş tələbələri aylıq 300 azn məbləğində təqaüd gözləyir
Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi formalaşmasına dəstək olmaq məqsədilə növbəti "Tələbə Təqaüdü Proqramı"na start verir.
Şirkət "Tələbə Təqaüdü Proqramı 2024"ə seçilmiş 10 tələbəyə aylıq 300 azn məbləğində təqaüd təqdim edəcək.
Data Elmi, Şəbəkə, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B (5 və ya 4) olmalıdır.
Azercell-in "Tələbə Təqaüdü Proqramı"na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) müvafiq linkə keçid almaq lazımdır. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr 01.10.2023-dən 31.10.2023 tarixinədək və yalnız onlayn formatda qəbul ediləcək.
Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azercell əməkdaşlarının Gəncə (17.10.2023), Naxçıvan (23.10.2023) və Lənkəran (30.10.2023) şəhərlərinə səfər edərək proqram çərçivəsində universitetlərdə tələbələrlə görüşləri də təşkil olunacaq.
Azercell-in "Tələbə Təqaüdü Proqramı" yalnız maddi dəstəklə məhdudlaşmır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı