"Azercell"ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür

"Azercell Telekom" MMC ("Azercell") 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.
azxeber.com xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat.az saytı yayıb.
Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat –  10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.
Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə, yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti aşağıdakı kimidir:
1-1,99 manat – 5 gün;
2-2,99 manat – 10 gün;
3-4,99 manat – 20 gün;
5-9,99 manat – 30 gün;
10-19,99 manat –  60 gün;
20-24,99 manat – 90 gün;
25-49,99 manat – 90 gün;
50-99,99 manat – 120 gün.
Məlumat üçün bildirək ki, "Azercell" sonuncu dəfə oxşar qərarı cəmi bir il əvvəl qəbul edib. Hazırkı qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı.
Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər bir ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edililir.
Məlumat üçün bildirək ki, "Azercell"in son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub.
Şirkət narazılıqlara cavab olaraq sosial mediada şərhlərə bu cavabı verib: Məlumat üçün bildirmək istərdik ki, 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti tətbiq ediləcək. Əlavə olaraq qeyd etmək istərdik ki, olduğunuz tarifin abunə haqqısı ödənildikdə, balansınıza etdiyiniz ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq.Misal olaraq, əgər nömrənizdə "Azercellim" (və ya "Bölgə", "Gəncsim" və s.) tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq.
Müqayisə üçün bildirək ki, dünyanın əksər ölklərində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur.
Məsələn, Türkiyənin məşhur "Vodafone" mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür.
Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik:
"Azercell" (Azərbaycan) – iyulun 1-dən 1 gün;
"Vodafone" (Türkiyə) – 180 gün;
"Turkcell" (Türkiyə) – 185 gün;
"Magticom" (Gürcüstan) – 60 gün;
"Meqafon" (Rusiya) – 90 gün;
"Telecom Armenia" (Ermənistan) – 90 gün.
///yeniavaz

İqtisadiyyat       Tarix: 07 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

"Kristal"ın Nəsimidə inşa etdiyi prestijli layihə - "Royal Residence

"Kristal"ın premium "Royal Residence" layihəsində təmirə hazır mənzillərin satışı elan olunub. "Kristal"ın paytaxtın prestijli ərazilərindən biri olan Nəsimi rayonunda həyata keçirdiyi "Roya

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtin

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edə

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 139,7 dollar azalaraq 4 365,3 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 4,87 dollar azalaraq 69,1 dollara bərabər olub

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar az xeberler bugun xankendi son xeberler 2026