"Azerconnect Group"un dəstəyi ilə "Süni intellekt və innovasiyalar" mövzusunda tədbir keçirilib

"Azerconnect Group"un dəstəyi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Süni intellekt və innovasiyalar" mövzusunda tədbir keçirilib.
Dövlət və özəl sektordan 30-dan çox nümayəndənin qatıldığı tədbirdə süni intellekt və qabaqcıl texnologiyaların iqlim dəyişikliyinin qarşısının alınmasında artan rolu müzakirə edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində keçirilən dəyirmi masada, həmçinin COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi haqqında məlumat verilib.
Bildirilib ki, bu təşəbbüs İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşmanı və emissiyaların azaldılmasını sürətləndirəcək, eyni zamanda, ekoloji təmiz rəqəmsal texnologiyalara əlçatanlığı artıracaq.
"Azerconnect Group"un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev tədbirdə çıxışı zamanı şirkətin ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi istiqamətində həyata keçirdiyi uğurlu layihə və təşəbbüslər barədə danışıb. Qeyd olunub ki, yeni texnologiyalar, xüsusi ilə də süni intellekt iqlim dəyişikliyi ilə mübarizədə əsas alətə çevrilir və aktual ekoloji problemlərin həlli üçün innovativ yanaşmalar təklif edir. Vurğulanıb ki, "Azerconnect Group" süni intellekt əsaslı həlləri aktiv şəkildə tətbiq edərək resurslardan daha da səmərəli istifadəni, karbon izini azaltmağı və dayanıqlı inkişafa töhfə verməyi hədəfləyir.
Görüşün sonunda "Azərbaycanda dayanaqlılıq üçün süni intellekt və innovasiya" üzrə bəyannamə imzalanıb.
Qeyd edək ki, 30 sentyabr - 04 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirib.
Qeyd edək ki, ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
/ azxeber.com

Sosial       Tarix: 04 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun sonxeber.az