Azerconnect şirkəti nüfuzlu Stevie mükafatına layiq görülüb

Azerconnect şirkəti nüfuzlu Stevie mükafatına layiq görülübAzərbaycanda İKT və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect icra etdiyi innovativ layihələrə görə bir neçə kateqoriya üzrə nüfuzlu Stevie mükafatına layiq görülüb. 
Belə ki, Azerconnect həyata keçirdiyi "Inspire.Lead.Create:Women Leadership" proqramı ilə Müxtəliflik və inklüzivlikdə nailiyyətə görə Gümüş, "FLEXcellence:Hybrid Working" proqramı ilə İşçi heyəti üçün məsafədən iş rejiminin idarə edilməsində nailiyyətə görə Gümüş, eləcə də "Hybrid Leadership" proqramı ilə Qarışıq öyrənmənin ən yaxşı istifadəsi üzrə Bürünc mükafatlarını əldə edib.
Bu mükafatlar insan resursları nailiyyəti kateqoriyasında Ən yaxşı işəgötürənlər (Stevie Awards for Great Employers) üçün səkkizinci illik Stevie® Mükafatları çərçivəsində təqdim olunub. "Stevie® Awards for Great Employers" dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır.
Qeyd edək ki, "Stevie Awards for Great Employers"ın məqsədi dünyanın ən yaxşı işəgötürənləri və mükəmməl iş yerləri yaratmağa və idarə etməyə kömək edən insan resursları mütəxəssislərinin, komandaların, nailiyyətlərin və insan resursları ilə əlaqəli məhsul və təchizatçıların tanıdılmasıdır. 
Azerconnect şirkətinin icra etdiyi proqramlarla iki Gümüş və bir Bürünc mükafata layiq görülməsi şirkətin inklüziv təbiətə malik olduğunu sübut edərək öz əməkdaşlarını dəyərləndirməyə, müxtəlifliyi təşviq etməyə, məsafədən işin effektiv idarə olunmasına, eləcə də işçi qüvvəsində peşəkar inkişafı dəstəkləməyə sadiqliyini nümayiş etdirir.
Azerconnect haqqında:
Azerconnect şirkəti ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. 
Azerconnect insan resursları sahəsində mükəmməlliyinə görə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu "Ən Yaxşı İşəgötürənlər İnstitutu" (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə "Ən Yaxşı İşəgötürən" sertifikatına layiq görülüb. Şirkət həmçinin bu il üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb.
Stevie Awards haqqında:
Stevie® Awards səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və miqyasda təşkilatları və oradakı peşəkarların töhfələrini tanımaqla Stevie® dünya üzrə iş yerində üstün nailiyyətləri qiymətləndirir. / azxeber.com

İqtisadiyyat       Tarix: 19 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler son xeber az cəbhədən son məlumatlar bu gunun xeberleri