"AzerGold" 10 illiyinə həsr olunan sikkə kolleksiyasını təqdim etdi

"AzerGold" QSC fəaliyyətinin 10 illiyi münasibətilə xüsusi dizaynla hazırlanmış yubiley sikkə kolleksiyasını ictimaiyyətə təqdim edib.
azxeber.com xəbər verir ki, kolleksiya "AzerGold" QSC-nin ötən on il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafına verdiyi töhfələri əks etdirir. 
Qızıl və gümüş sikkələrin ön hissəsində "AzerGold"un korporativ üslubunu və fəaliyyət istiqamətini simvolizə edən elementlər, mərkəzi hissədə isə Cəmiyyətin loqosu yerləşdirilib. 
Kompozisiyanı əhatə edən konsentrik dairəvi xətlər davamlı inkişafı, hərəkəti və gələcəyə yönəlmiş strateji baxışı ifadə edir. 
Sikkənin əsas elementi olan "10" rəqəmini əhatə edən spiral relyef açıq tipli mədən karxanasının yuxarıdan görünüşünü xatırlatmaqla mərkəzə doğru enən pilləli quruluş təsiri yaradır. 
Karxana təsviri yerin dərinliklərindəki sərvətlərin insan əməyi, elm və texnologiyanın vəhdəti sayəsində iqtisadi dəyərə çevrilməsini vurğulayır. 
Sikkələrin üzərində "2016–2026" tarixlərinin əks olunması isə "AzerGold"un 10 illik fəaliyyət yolunu simvolizə edir.
Kolleksiya dövlət şirkətinin ölkəmizdə hasil etdiyi qızıl və gümüş xammalından hazırlanıb. 
Həm estetik görünüşü, həm də xatirə əhəmiyyəti ilə diqqət çəkən məhsullar məhdud sayda istehsal olunub. 
Sikkə kolleksiyası "AzerGold" QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

İqtisadiyyat       Tarix: 06 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən "Ai4 2026"da təqdim olunub

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən bir

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Xırdalan və Sumqayıtda mənzil almaq üçün nə qədər ilkinödəniş lazımdır? Sərfəli şərtlərlə tam təmirli mənzilseçimləri. Mənzil almağı planlaşdırırsansa, ilk baxdığın məsələ adətənqiymətdən əvvəl ilkin ödəniş olur. Xüsusil

AZAL sərnişinlərə müraciət etdi

Azərbaycan Hava Yolları avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməy

"Nar" ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

Ölkənin sərfəli mobil operatoru "Nar" dövlət qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq. xəbər verir ki, tələbələrin universitet həyatına uğurlu başlanğıc etmələrinə dəstə

"Misli" Premyer Liqaya sponsorluğunu davam etdirəcək

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dai

Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?

"Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətləri

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

Birbank müştəriləri üçün ictimai nəqliyyatdan istifadəni daha sərfəli edən yeni kampaniyaya start verir. 11 avqust – 30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Star kartı ilə avtobus və metrod

Veysəloğlu 'Dost Əllər' layihəsini davam etdirir

"Veysəloğlu MMC" sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir. xəbər verir ki, şirkətin həyata keçirdiyi "Dost Əllər"

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler ən son xəbərlər son xəbərlər azərbaycanda metbuat xeberleri