"Azəriqaz": Bu abonentlər imtiyazlı ödəniş imkanı əldə edəcəklər

"Azəriqaz": Bu abonentlər imtiyazlı ödəniş imkanı əldə edəcəklərAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi limitin sıfırlanması üçün əhali abonent qrupunun istifadə etdiyi mexaniki sayğacların göstəricilərinin oxunmasına ölkə ərazisində 2020-ci ilin ilk rəsmi iş günündən - yanvarın 7-dən start verib.
Milli.Az bildirir ki, "Azəriqaz"dan Trend-ə verilən məlumata görə, İstehsalat Birliyinin baş direktorunun göstərişi ilə bütün əlaqədar strukturlar, eləcə də Regional qaz istismarı İdarələri gücləndirilmiş iş rejimində çalışır. Birliyin əməkdaşlarının fiziki olaraq qeydə aldığı sayğac göstəriciləri toplanılaraq gün ərzində mərkəzi aparatın abonent bazasına yerləşdirilir. Bu prosesə dair bəzi statistik məlumatlar artıq hazırdır.
Belə ki, yanvarın 8-nə 35 %, yanvarın 9-na isə 72 % sayğac göstəriciləri ümumi bazaya yerləşdirilib. Bu gün saat 11:00-dək 970 mindən çox sayğac üzrə məlumatları toplamaq mümkün olub. Bu gün saat 14:00-dək bütün mexaniki sayğacların göstəricilərinin oxunuşu yekunlaşdırılacaq. Həmin vaxtdan etibarən bu tip sayğaclardan istifadə edən əhali abonent qrupu 2020-ci il üçün nəzərdə tutulan imtiyazlı 2200 kubmetr (başqa sözlə 220 manat) qaz həcminin hər kubmetrinə görə 10 qəpik tarifi ilə ödəniş etmək imkanı əldə edəcəklər.
Bildirilib ki, bu prosesdə hər hansı vaxt itkisi yoxdur. Hər bir abonent 2200 kubmetrlik güzəştli qaz həcmindən bir il müddətinə istifadə edəcək. Mexaniki sayğac istifadəçilərinin bu limitdən istifadə müddəti 2021-ci ilin yanvar ayının 10-dək (365 gün) qüvvədə olacaq. Smart-kart tipli sayğaclarda isə 2019-cu il 31 dekabr gecə saat 00:00-dan etibarən limit sıfırlandığından bu sayğaclardan istifadə edən əhali qrup abonentləri artıq 2020-ci il yanvar ayının 1-dən sözü gedən güzəştli qaz həcmindən istifadəyə başlayıblar.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri valyuta mezennesi