Azərişıq' ASC-nin əməkdaşları barədə cinayət işi başlanıldı
"Azərişıq" ASC-nin əməkdaşları barədə cinayət işi başlanılıb, ibtidai istintaq tamamlanıb.
Bu barədə azxeber.com-a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, ötən il iyulun 28-i Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla "Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qəbələ Elektrik Şəbəkəsi tərəfindən rayonun Bum qəsəbəsi ərazisində elektrik xətlərinin yenilənməsi işləri aparılarkən Şəbəkənin iş içraçısı və nəzarətçisi Elxan Məmmədyarov baş mühəndis Natiq Əsədovun işlərin tamamlanması görüntüsü yaratmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsi, eləcə də səhlənkarlıq edərək xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Aqşin Ağasıyevin elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Natiq Əsədov və Elxan Məmmədyarova Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur