Azərlotereya'nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada 'Əmanətə Sədaqət' yay düşərgəsi keçirilib
"Azərlotereya" ASC-nin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib.
Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edib. 28 iyul – 2 avqust tarixlərini əhatə edən düşərgə çərçivəsində tələbələr karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Eyni zamanda, Avstriyanın zəngin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar, muzeylərə, tarixi abidələrə və müxtəlif bölgələrə səfərlər ediblər.
Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İB və "Azərlotereya" ASC-nin birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün hər il ənənəvi yay düşərgəsi təşkil olunur. Düşərgənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların yay tətilini daha da maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İB-nin əməkdaşlığı nəticəsində artıq 4 ildir ki, həyata keçirilən layihə ümumilikdə 150-yə yaxın tələbəni əhatə edir. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.







/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam