"Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib - FOTOLAR
Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib.
Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçinin bölgələrdə olan aztəminatlı ailələrə "Molfix" markasına aid bez bağlamaları hədiyyə edilib.
Həssas əhali qruplarından olan şəxslərə dəstək xarakteri daşıyan tədbir çərçivəsində 2000-dən çox bağlama təqdim olunub.
Regionlarda yaşayan ailələrə "Güvən" İctimai Birliyinin dəstəyi ilə çatdırılma edilib.
Adıçəkilən təşkilatın vasitəçiliyi ilə Neftçala, Goranboy, Ağcabədi, Cəlilabad, Biləsuvar və Sumqayıt daxil olmaqla ümumilikdə 36 ailəyə yardım göstərilib.
Layihənin əsas məqsədi 4 yaşına qədər həssas qrupa aid uşaqları bezlə təmin etməkdir.
Qeyd edək ki, "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən AKKİK dünyada ən böyük 5 uşaq bezi istehsalçısından biri olan "Hayat Kimya"nın Azərbaycandakı rəsmi distributorudur.
Ölkəmizdə istehlakçılara adıçəkilən şirkətlər tərəfindən təqdim olunan "Molfix" uşaq bezi Azərbaycan bazarında önəmli mövqeyə sahibdir və premium keyfiyyəti ilə anaların ən böyük dəstəkçisidir.






/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır