AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLAR

AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLAR"AzerTelecom" və "Kazakhtelecom" arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir.
Sənəd "AzerTelecom" şirkətinin daxil olduğu NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç və "Kazaktelecom"un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev tərəfindən imzalanıb.
Sənəd özündə birgə müəssisənin məqsəd və vəzifələrini, xüsusilə idarəetmə məsələlərini, eləcə də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinə və istismarına dair müddəaları əks etdirir.
Transxəzər Fiber-Optik Rabitə Xətti "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin Asiya seqmenti olaraq bağlantı xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında xüsusi rol oynayır.
NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç müqaviləni şərh edərək vurğulayıb ki, Transxəzər Fiber-Optik Rabitə Xətti regionları birləşdirərək və coğrafi sərhədləri aşaraq yüksək tutumlu məlumatların ötürülməsinə imkan verəcək.
"AzerTelecom" və "Kazakhtelecom" arasında əməkdaşlıq yeni bazarlara çıxışın yaradılmasına, ölkələrin internetdən istifadə etməsi, eləcə də məlumatların ötürülməsi imkanlarının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə çəkiləcək ilk sualtı kabel marşrutunun yaradılması, bu layihəni unikal edən amillərdən biridir", - deyə Vasil Latsaniç bildirib.
"AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenkonun sözlərinə görə, birgə müəssisənin yaradılması regionumuzun kommunikasiya infrastrukturunun mənzərəsini dəyişəcək, eləcə də ölkələrin və bizneslərin rəqəmsal inkişafı üçün böyük imkanlara qapı açacaq maraqlı bir səyahətin yeni mərhələsidir.
"Kazakhtelecom" şirkətinin İdarə Heyətinin sədri Kuanışbek Yessekeyev qeyd edib ki, "Kazakhtelecom" və "AzerTelecom" öz sahələrində aparıcı şirkətlər olaraq bu layihənin transformasiya potensialını yüksək qiymətləndirir və onu reallaşdırmaq üçün qüvvələrini birləşdiriblər. "Biz birlikdə Transxəzər Fiber-Optik Rabitə Xəttinin uğurlu tikintisini və istismarını təmin etmək üçün təcrübəmizi, resurslarımızı və baxışımızı birləşdirəcəyik", - deyə o, qeyd edib. 
"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
"Kazakhtelecom" Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.
AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLARAzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLARAzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLARAzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzaladı - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 24 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər