"Azərxalça" ASC-yə yeni sədr müavini təyin olundu - DOSYE
Emin Əfəndiyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
azxeber.com-un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Emin Əfəndiyev 1992-ci ildə Material Ehtiyatları Nazirliyi, "Azərtikinti Materialları" İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.
1996-2004-cü illər ərzində "Rossiyskiy Kredit" BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son dörd ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2004-2009-cu illərdə AZAL SKB (2008-ci ildə adı dəyişdirilərək "Silk Way" SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə "Kapital Bank" ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.
2015-2018-ci illərdə "MBA-Moskva" Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasında törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.
2018-2021-ci illərdə "Azərpoçt" MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən "Azərxalça" ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var