AzTV doqquz işçisini qovdu - ŞOK SƏBƏB
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Open.az-a verilən məlumata görə, 9 sürücü QSC-dən yanacaq oğurlayıb və bu səbəbdən işdən azad ediliblər: "Həmin sürücülərin törətdiyi əməllər konkret faktlarla - avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC həmin şəxslərdən 8-i barəsində Səbail Rayon Polis İdarəsinə və digəri barəsində isə Laçın Rayon Məhkəməsinə müraciət göndərib".
"Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Bəli, karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu, o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər. Özü də, müraciətdə adları çəkilən sürücülərdən biri (red. Məmmədov Anar Vaqif oğlu) təxminən 1 il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq işdən azad edilməyib, töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o digər 8 nəfərlər birlikdə yenidən bu əmələ at atıb. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma gedir və nəticə olan kimi QSC bu barədə ictimaiyyətə açıqlama verəcək", - deyə AzTV-dən bildirilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq