Azyaşlıları cəlb edib it döyüşdürən şəxs və valideyni barəsində tədbir görüldü
Göyçayda it döyüşdürən şəxs və valideyni barəsində protokol tərtib edilib.
KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, fevralın 27-də sosial şəbəkədə it döyüşdürülməsi ilə bağlı paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Həmin görüntülərin Göyçay rayonunda qeydə alındığı müəyyən edilib və əməli törədən yetkinlik yaşına çatmayan şəxs valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunub.
Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə göndərilib.
Xatırladaq ki, fevralın 27-də iki itin döyüşdürülməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılmışdı. Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırdılar.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir