Bacısının evində qonşunu öldürmək istəyən şəxslə bağlı qərar

Bacısının evində qonşunu öldürmək istəyən şəxslə bağlı qərarAli Məhkəmədə Oğuzda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Qabil Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
KONKRET.azxəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Əliyev 11 il 3 ay azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
İttihama görə, Qabil Əliyev ötən il mayın 25-də axşam saat 23 radələrində ailə üzvləri ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayan bacısı Vəfanın evinə gedib.
Qabil Əliyev bacısının evinə daxil olan zaman Vəfanın qonşusu İmran Quliyevi zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar edib. Qabil İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə eyvanda olan ailə üzvlərini yola salıb, ağac götürərək evə qayıdıb. Zala daxil olaraq həmin ağacla və daha sonra yumruqla İmranın sifətinə zərbə endirib.
İmran qaçmağa cəhd göstərsə də, təqsirləndirilən şəxs onu tutaraq eyvana çıxarıb, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirib, lakin bıçağın tiyəsi qırılıb.
İmran yenidən qaçmaq istəsə də, Qabil buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısına yıxaraq əlinə keçən kasa ilə başına zərbə endirib. Bundan sonra isə sapı taxtadan olan beli götürərək İmranın baş və bədən hissələrinə çoxsaylı xəsarətlər yetirib. İmran Quliyev zərbə nəticəsində huşunu itirib. Bundan sonra Qabil hadisə yerini tərk edib. Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Qabil Əliyev tutularaq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Məhkəmədə Qabil Əliyev özünü qismən təqsirli bilib. Deyib ki, hadisə olan gün anası Zəminənin doğum günü olub.//Pravda.az

Hadisə       Tarix: 29 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər