Bağırsaqlarda gizli təhlükə: "Gənclərdə də artıb"

Bağırsaqlarda gizli təhlükə:

" class="imgbcode" />Bağırsaq sağlamlığı bədənimizin ümumi sağlamlığında kritik rol oynayır. Lakin çox vaxt bu məsələ diqqətdən kənarda qalır. Son illərdə aparılan araşdırmalar göstərir ki, bağırsaq sağlamlığı immunitet sistemindən tutmuş əhval-ruhiyyəyə qədər bir çox aspektdə sağlamlığa böyük təsir göstərir. Bəs bağırsaq xərçəngindən qorunmağın ən təsirli yolu nədir?
KONKRET.azxəbər verir ki, türklərdə "Kolon xərçəngi" adlanan bu xəstəlik bütün dünyada çox rast gəlinən və sağlamlıq üçün ciddi risklər daşıyan bir xərçəng növüdür. Yoğun bağırsaq xərçəngi olaraq da bilinir. Xəstəlik dünyada üçüncü yerdədir və xərçəngdən ölümlərin sayı kifayət qədərdir.
Daxili Xəstəliklər və Qastroenterologiya mütəxəssisi Meltem Ergün vurğulayıb ki, müntəzəm müayinə və skrininqlərlə xəstəlikdən qorunmaq mümkündür. Professor bildirib ki, xəstəlik hər il artan dinamika ilə inkişaf edir. Gənc yaşlarda da kolon xərçənginə tutulma halları artıb.
Xüsusilə yaxın qohumlarında kolon xərçəngi olanlar daha erkən yaşda skrininqə başlamalıdır. Çünki genetik faktorlar kolon xərçənginin inkişafında mühüm risk faktorudur. Ailədə yoğun bağırsaq xərçəngi tarixi varsa, məsələn, ata 45 yaşında yoğun bağırsaq xərçəngi olubsa, övladın xəstəliyin yarandığı yaşdan 10 il çıxılaraq 35 yaşından skrininqə başlaması tövsiyə edilir. Çünki xərçəng poliplər əsasında inkişaf edir və polipin xərçəngə çevrilməsi prosesi 5-10 il çəkir.
Kolon xərçəngi həyati təhlükəsi olan bir xərçəng növü olsa da, erkən diaqnoz qoyulduqda müalicədən qənaətbəxş nəticələr əldə etmək olar. Təbii ki, ən vacib məsələ xəstəliyin baş verməmişdən qabaq qarşısını almaqdır. Pasiyentlərin kolon xərçəngindən əvvəl polipləri tamamilə çıxararaq xərçəngə keçməsinin qarşısı alınır. Xərçəng baş vermiş olsa belə, onu erkən mərhələdə müalicə etmək təcrübəli həkimlər tərəfindən mümkün hesab edilir. Erkən müəyyən edildikdə kolonoskopiya ilə zədəni tamamilə çıxarmaq mümkündür. Kolon xərçəngi dünyada çox yayılıb. Bu xəstəlik artıq 40 yaşdan yuxarı hər kəsdə ola bilər.
Diaqnoz üçün nə etmək lazımdır?
Bağırsaqlardakı poliplər kolonoskopiya ilə çıxarılarsa, kolon xərçəngi ehtimalı aradan qaldırılır. Heç bir risk faktorunuz olmasa belə, kolonoskopik müayinələrə 45 yaşında başlamalısınız. Müayinə üçün ideal üsul qızıl standart kolonoskopiyadır. Yoğun bağırsaq xərçənginin müayinəsi üçün istifadə edilən "nəcisdə gizli qan" kimi bəzi testlər olsa da, qəti nəticəni yalnız kolonoskopiya verir. Məsələn, nəcisdə gizli qan testinin nəticəsi müsbət olarsa, kolonoskopiya mütləqdir. Nəcisdə gizli qan testi mənfi olarsa (hər 3 nəcis nümunəsində mənfi olmalıdır), bu hələ də təhlükəsiz ərazidə olduğumuza zəmanət deyil.
Çox həssas test olmaması poliplərdə dəqiqliyin aşağı səviyyəsi ilə ölçülür. İnsanlar vaxtaşırı sağlamlıq müayinəsindən keçib heç bir problem görməyəndə "qan analizlərim təmizdir, bağırsaqlarım çox nizamlıdır, niyə kolonoskopiya etdirməliyəm" deyirlər. Ancaq bağırsaqdakı poliplər simptomlara səbəb olmur. Yoğun bağırsaqların sağlam olub-olmadığını müəyyən etməyin yeganə yolu kolonoskopiyadır. Kolonoskopiyanız ləkəsizdirsə və heç bir polip və ya lezyon yoxdursa, sizə 10 illik zəmanət verilir. Ancaq yaxşı olardı ki, bu prosedur yaxşı standartlara uyğun aparılsın, bağırsağın təmizlənməsi tam təmin edilsin və qastroenteroloq tərəfindən həyata keçirilsin".
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Sağlamlıq       Tarix: 08 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu xeberler azerbaycan xabar az sonxeber az