Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA
"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləvi yayılması müşahidə edilmir".
KONKRET.az xəbər verir ki, bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Məktəblilər arasında virusun yayılması ilə bağlı iddialara aydınlıq gətirən qurumdan qeyd olunub ki, hazırda ölkə üzrə vəziyyət sabitdir və mövsümə uyğun sporadik respirator infeksiyalar çərçivəsindən kənar artım qeydə alınmayıb:
"Epidemioloji vəziyyət aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması, gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətləri müşahidə edilən şəxslərin kollektivdən müvəqqəti uzaqlaşdırılması və valideynlərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir:
"Təhsil müəssisələri ilə müvafiq qurumlar arasında operativ məlumat mübadiləsi aparılır və zərurət yarandıqda əlavə profilaktik tədbirlər görülür".
Bildirilib ki, uşaqların vaxtında peyvənd olunmasının yoluxucu xəstəliklərdən qorunmada əsas vasitələrdən biridir:
"Qeyd etmək lazımdır ki, uşaqların peyvənd təqviminə uyğun vaksinasiyadan keçməsi yoluxucu xəstəliklərin profilaktikasında ən mühüm amildir. Buna görə də hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd edilməsi tövsiyə olunur. Valideynlərə uşaqlarda xəstəlik əlamətləri müşahidə olunduğu halda özünü müalicədən çəkinmək və vaxtında həkimə müraciət etmək tövsiyə edilir".

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü