"Baharın yüzüncü anı" filminin təqdimatı oldu - FOTOLAR

Mayın 11-də Park Cinema Flame Towers kinoteatrında müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr olunan "Baharın yüzüncü anı" filminin ictimai təqdimatı keçirilib.
azxeber.com xəbər verir ki, AysMed klinikasının sifarişi ilə hazırlanan film müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Ümummilli liderin ölkəmizdə səhiyyənin, tibb təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edir. Film boyu Heydər Əliyevin səhiyyə ilə bağlı kəlamları, maraqlı arxiv kadrları, habelə məşhurların bu böyük şəxsiyyətə dair kəlamları yer alıb. Milli Məclisin Səhiyyə komitəsinin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, Rəşad Mahmudov, Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, uzman həkimlər Rəqsanə Cəlilova, Hürü Rəhimova, Elşən Tağıyev, Gülnarə İsmayılova milli səhiyyəmizin öndərinə dair xatirələrini səmimi şəkildə tamaşaçılarla bölüşürlər.  
"Səhiyyə işçiləri, sizin peşəniz elə bir peşədir ki, hər insana lazımdır və dünyanın hər yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir"- kəlamının müəllifi Heydər Əliyevin ən böyük xoşbəxtliyinin adı Azərbaycan idi. Memarı olduğu, övladı tək üzərində əsdiyi, əmək verdiyi, hər qarışına aşıq olduğu Azərbaycan! 
Filmin finalı təsadüfi yerə "Azərbaycan" sədaları ilə bitmir...Ömrünü xalqına bağışlamış liderin ifasında həyəcanla səslənən məşhur şeirlə…"Nə qədər ki, Azərbaycan var, mən varam" - deyən Ulu Öndərin əbədiyyətlə bütünləşməsinin rəmzi olan Azərbaycanın səhiyyəsində necə dönüş yaratmasından faktlarla bəhs edən "Baharın Yüzüncü Anı" sənədli filminin ideyası Aydın Soltanlıya məxsusdur. Müəllif Firuzə Cəlilova, ssenari yazarı İlhamə Novruzovadır.   

Sosial       Tarix: 13 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun hava durumu sonxeber