"Bakcell" Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTOLAR

İnnovasiya və sürət lideri "Bakcell" 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) "Növbəti nəsil: Süni intellekt və İnnovasiya" adlı tədbir təşkil edib.
azxeber.com xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.Görüş çərçivəsində "Bakcell" və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. "Prompt mühəndisliyi" mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin ölkədə və beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələrinə təsiri ilə daha yaxından tanış olublar. Gənclər praktiki məşğələlər vasitəsilə öz ideyalarını vizuallaşdıraraq sessiyanın sonunda real təcrübə qazanıblar."Azərbaycanın rəqəmsal gələcəyi məhz gənclərin bacarığı və onların yaratdığı innovasiya ekosistemi üzərində qurulacaq.
Bu istiqamətdə təşkil olunan tədbirlər Azərbaycanın gənclərinə biliklərini zənginləşdirmək, praktiki bacarıqlar qazanmaq və gələcəyin innovativ liderləri kimi formalaşmaq üçün imkan yaradır", – deyə "Bakcell"in baş icraçı direktoru Klaus Müller bildirib.
"Süni intellekt kimi müasir texnoloji platformaların gətirdiyi çətinliklərin öhdəsindən gəlmək üçün təhsil müəssisələri sabah yox, bu gün addım atmalıdır", – deyə MTK-nın baş icraçı direktoru Tural Abbasov bildirib."Bakcell" sürətlə dəyişən dünyada gənclərin innovativ düşüncə tərzinin formalaşmasını və rəqəmsal bacarıqların inkişafını əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkədə innovasiya ekosisteminin güclənməsinə və gələcəyin işçi qüvvəsinin hazırlanmasına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

İqtisadiyyat       Tarix: 17 sentyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri sonxəbərlər cəbhədən son xəbərlər valyuta mezennesi