Bakcell jurnalistlər üçün seminar keçirdi - FOTOLAR

Bakcell jurnalistlər üçün seminar keçirdi - FOTOLARBakcell şirkəti jurnalistlər və blogerlər üçün "Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar" mövzusunda iki günlük seminar təşkil edib.
azxeber.com xəbər verir ki, mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və blogerlərin məlumatlılığını artırmaqdır. 
Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloger iştirak edib. 
Bakcell əməkdaşlarının iştirakı ilə seminar çərçivəsində "eSIM texnologiyası", "B2B ekosistemi və onun bazara təsiri", "VoLTE texnologiyası", "Mobil rabitə şəbəkəsinin iş prinsipi", "Qarabağda Bakcell şəbəkəsinin qurulması və genişlənməsi", "Qlobal telekommunikasiya trendləri: süni intellekt", "Korporativ sosial məsuliyyət strategiyası və onun cəmiyyətə faydası" kimi mövzular üzrə təqdimatlar və interaktiv sessiyalar keçirilib.
Şirkət nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar. 
Qeyd edək ki, Bakcell 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir. 
Bakcell jurnalistlər üçün seminar keçirdi - FOTOLARBakcell jurnalistlər üçün seminar keçirdi - FOTOLARBakcell jurnalistlər üçün seminar keçirdi - FOTOLAR

İqtisadiyyat       Tarix: 28 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en yeni xeberler son xeberler 2026 cəbhədən şad xəbər