"Bakcell" və "Uber" tərəfdaşlığı genişlənir
İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aqreqatorlarından biri olan "Uber" ilə əməkdaşlığını davam etdirir. "Uber" platforması vasitəsilə hər sifariş zamanı sərnişinlər səyahət boyu "Bakcell"in ödənişsiz təklif etdiyi 1GB həcmində internet paketindən faydalana biləcəklər.
Təklifdən yararlanmaq üçün "Uber" tətbiqi üzərindən sifariş zamanı "Fastest" kateqoriyasındakı tariflərdən birini seçmək kifayətdir. Təqdim olunan 1 GB internet paketi sərnişinlər üçün 30 dəqiqə ərzində keçərli olacaq. "Bakcell" və "Uber"in istifadəyə verdiyi bu innovativ xidmət sürət və bağlantını bir araya gətirərək sərnişinlərə daha səmərəli və fərqli səyahət təcrübəsi qazandıracaq.
"Bakcell" davamlı olaraq abunəçilərinin gündəlik təcrübəsini zənginləşdirən innovativ məhsul və həllər təqdim edir. Belə ki, son bir il ərzində şirkət Azərbaycanda "Birinci Tariff", "Tarif məsləhətçisi", "VoWifi", "Bakcell Fiber", "Star tarifləri" daxil olmaqla süni intellekt, texnologiya və son dövr yeniliklərə əsaslanan məhsul və xidmətlərini istifadəyə verib.
Təklif barədə daha ətraflı məlumatı "Bakcell"in saytından və ya rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. / azxeber.com

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir
İlham Əliyev Trampa təşəkkür etdi
UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır
Bakıda yanğın başladı
Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır
Məşhur müğənnidən ŞOK ADDIM: Villasını 100 dollara satdı
Harri Keyndən yeni rekord
DÇ-2026-nın final oyununu o idarə edəcək
Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi - FOTO
Rusiya elitası Bodruma nə üçün yığıldı? - SENSASİON DETALLAR
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi
Yeni müdafiə naziri məlum oldu
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi