Bakcell'in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
İnnovasiya və sürət lideri"Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisiFilip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of ModernMarketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdimolunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətininkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Qeyd edək ki, "Bakcell" rebrendinqdənsonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsiilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süniintellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya,müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdimedib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlərarasında "Bakcell Fiber", "VoWiFi", "Tarif məsləhətçisi", "Star tarifləri","Birinci tariff" və UBER ilə tərəfdaşlıq yer alır.
Xatırladaq ki, strateji yanaşması ilə vizualtəqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə "Bakcell", "Baku FlamesFestivalı" çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi" nominasiyası üzrəmükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə,brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsiredib.
"Bakcell"in bu nəşrdə yer alması, Azərbaycanıntelekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətindənailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çoxkitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələryaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqipsixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarınıformalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan "MarketingManagement" kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsasqaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlüstrategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinəimkan yaradır.
"Bakcell"haqqında
"Bakcell"Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkətüç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləriilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativhəllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikintisahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlərqrupunun tərkibinə daxildir. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır