"Bakcell"in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
"Bakcell"in baş sponsorluğu və "YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün "Ənənə" yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib.
Hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18 avqust) davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib.
"Müasir bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçıların xüsusi marağına səbəb olub. Təlimdə "Bakcell"in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan əlavə, "Bakcell"in innovativ xidmətləri, "high-tech" və "AI" dəstəkli məhsulları barədə məlumat verilib.
Qeyd edək ki, şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi "Bakcell" şirkətinin korporativ sosial məsuliyyət (KSM) proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.

/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam