"Bakı baş verənlərə laqeyd yanaşmayacaq" - Politoloq AŞPA-nın Azərbaycan qərəzini şərh etdi

Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir. Belə ki, AŞPA-nın qış sessiyasının açılış günü Azərbaycanın nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib.
Bu təklifi Almaniya nümayəndə heyətindən olan deputat Frank Şvabe verib. Təklif qiymətlədirilmək üçün Assambleyanın Monitorinq Komitəsinə təqdim edilib və sabah müzakirəyə çıxarılacaq.
Mövzunu KONKRET.az-a şərh edən  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu rəsmi Bakının baş verənlərə laqeyd yanaşmayacağını bildirib:
"Avropa qurumlarının Azərbaycan əleyhinə ard-arda qəbul etdiyi sənədlər köhnə qitənin Azərbaycanla münasibətlərinə mənfi təsir edəcək. Doğrudur, Azərbaycan Avropa İttifaqı ölkələrilə əməkdaşlıq edib, buradakı 9 ölkə ilə strateji sazişi var. Lakin Azərbaycan səsvermə hüququndan məhrum edilərsə, rəsmi Bakıda müvafiq addımlar barədə düşünəcək. Hər halda bu, müvəqqətdir".
Politoloq Qərbin Azərbaycan əleyhinə atdığı digər addımları da yada salıb:
"2000-ci illərin əvvəllərində Avropa Şurasına üzv olanda əməkdaşlığın genişlənməsinə ümid edirdik. Bu qurum özü də işğal altındakı torpaqlarımızla bağlı bir neçə ədalətli sənəd qəbul etmişdi. Lakin sonradan həmin sənədlərin icrası təmin edilmədi. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra isə Avropadakı müxtəlif qurumlar, o cümlədən Fransa və Almaniyadakı siyasi dairələr Azərbaycanı hədəf seçiblər, sanki Azərbaycanın ərazi bütövlüyünün təmini onların maraqlarına cavab vermir.
Unutmaq lazım deyil ki, hazırda dünyada bir çox problemlər var. Rusiya-Ukrayna cəbhəsində, Yaxın Şərq, Qırmızı Dəniz və Çinin ətrafında vəziyyət gərginləşir. Hesab edirəm ki, bu, müvəqqəti çətinliklərdir. Bir müddət sonra elə həmin Avropadakı qurumlar Azərbaycanla əməkdaşlığın əhəmiyyətini anlamağa başlayacaq. Beləliklə, təzyiqlər də azalacaq".
Fatimə Lətif
KONKRET.az

Siyasi       Tarix: 23 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun