Bakı bazarlarında salfetli portağal: "İnsan orqanizmi üçün olduqca təhlükəlidir"

Bakı bazarlarında salfetli portağal: Xaricdən idxal edilən portağallarla bağlı mübahisəli bir məqam ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan videolarda portağalın tünd rənginin boya ilə əldə edildiyi iddia olunur. Bu iddia doğrudurmu?
KONKRET.az xəbər verir ki, "Yeni Sabah"a danışan qida eksperti Fərid Səfərov mövzuya belə şərh verib:
"Portağal tərkibindəki yüksək C vitamini, kalium, fol turşusu və sitrat sayəsində hüceyrə zədələnməsinin qarşısını almaq, xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparmaq, immunitet sistemini dəstəkləmək və mikroorqanizmlərə qarşı qorumaq kimi faydalara malikdir.
Meyvənin qabığı da olduqca faydalıdır. Yüksək vitamin və lif ilə zəngindir. Portağal qabığı B6 vitamini, kalsium, folat, A vitamini, tiamin və riboflavin baxımından son dərəcə zəngindir.
Bu vitamin və minerallar bədənin sağlamlığını qorumağa və enerji səviyyəsini artırmağa kömək edir, kalsium sümük sağlamlığını dəstəkləyir və osteoporoz kimi problemlərin qarşısını alır,   tərkibindəki polifenollar antioksidan xüsusiyyəti ilə bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qorumağa kömək edir, 2-ci tip diabet, piylənmə və Alzheimer xəstəliyi kimi xəstəliklərin qarşısını alır.
Təəssüf ki, son zamanlarda satışda olan idxal edilmiş portağalın qabığını salfetlə siləndə narıncı rəngdə boya olduğu görünən videolarla rastlaşmışam. Bu cür boyalar insan orqanizmi üçün olduqca təhlükəlidir".
F.Səfərov bildirib ki, meyvənin tez xarab olmasının qarşısını almaq və daha rəngli və gözəl görünməsi üçün bu cür boyalardan istifadə edirlər:
"Mənşəyi məlum olmayan bu cür meyvələri qətiyyən almayın! Hamısından yaxşı portağal alın.
Boyalı portağal çox iri olmur, rəngi biraz daha açıqdır, çox xoş iyi var və təbii şəkildə yetişdirilir. Bu cür meyvələri yeməklə bizə lazım olan vitamin və mineralları əldə edə bilərik. Təbii və sağlam qidalanaraq sağlam yaşayın".

Sağlamlıq       Tarix: 24 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler son xeberler bugun 2026 muharibe son xeber az valyuta mezennesi