Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlarBaş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əldə edə bilmir. Digərləri isə bir neçə dərmanı eyni vaxtda içməklə daha tez sağalacağını düşünür. Bəs bu nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a  Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev danışıb.
Həkim bildirib ki, çoxları həkimə getmədən, reklam və başqalarının məsləhəti ilə dərman qəbul edir:
"Çox təəssüf ki, bizdə həkim məsləhəti olmadan müalicə üsullarına müraciət edənlər çoxdur. İnsanlar bəzən qəzetdə, internetdə və ya başqa yerlərdə gördükləri reklamlara inanaraq müalicəyə başlayırlar. Halbuki xəstəyə diaqnozu həkim qoymalıdır. Diaqnoz qoyulmadan dərman qəbul etmək düzgün deyil.
Məsələn, iki xəstənin hər ikisinin qan təzyiqi yüksək ola bilər. Biri qonşusundan eşidir ki, hansısa dərman yaxşıdır və onu qəbul etməyə başlayır. Ancaq yüksək təzyiqin səbəbi hər xəstədə fərqli olur. Birində böyrəklərlə, digərində ateroskleroz, damar və ürək problemləri ilə, başqa birində isə sinir sistemindəki gərginliklə bağlı ola bilər. Buna görə də hər xəstəyə fərdi yanaşılmalı, müalicə xəstəliyin səbəbinə uyğun aparılmalıdır. Yəni həkim məsləhəti olmadan dərman qəbul etmək qətiyyən düzgün deyil".
Mütəxəssis qeyd edib ki, sağlam qalmaq üçün düzgün qidalanmaq, havaya uyğun geyinmək və gündəlik rejimə diqqət etmək lazımdır:
 "Dərmanla yanaşı, qidalanmaya da diqqət yetirilməlidir. Təəssüf ki, bizdə bu məsələyə kifayət qədər əhəmiyyət verilmir. İnsanlar hansı xəstəlik zamanı hansı qidaların faydalı, hansılarının isə zərərli ola biləcəyini bilməlidirlər. Qidalar da müxtəlif maddələrdən ibarətdir və onların qəbul edilən dərmanlarla uyğunluğu nəzərə alınmalıdır.
Xalq təbabətinə müraciət edərkən də mütləq həkimlə məsləhətləşmək lazımdır. İstifadə olunan üsullar xəstəliyə və insanın sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Ümumiyyətlə, heç bir müalicə həkim məsləhəti olmadan aparılmamalıdır. Digər tərəfdən, təbiətin insanlara təqdim etdiyi imkanlardan düzgün yararlanmaq da vacibdir. Hər fəslə uyğun qidalanmalı, geyim seçməli və gündəlik fəaliyyətimizi buna uyğun qurmalıyıq. Eyni zamanda, normadan artıq yemək düzgün deyil.
İnsan doyma hissi yarandıqda yeməyi dayandırmalıdır. Çünki orqanizmin normal fəaliyyəti üçün qəbul edilən qidaların miqdarı və tərkibi əhəmiyyətlidir. Sağlamlığın qorunması bütün orqanların bir-biri ilə uyğun və normal işləməsindən asılıdır. İmmunitet də orqanizmin xəstəlik törədicilərinə qarşı müqavimət göstərməsində mühüm rol oynayır".
Həkim dərmanların içlik vərəqələrindəki məlumatların oxunmasının da əhəmiyyətinə diqqət çəkib:
"Dərmanlardan istifadə zamanı onların içlik vərəqələrində göstərilən məlumatlara da diqqət yetirmək lazımdır. Əvvəllər bu məlumatlar daha qısa olurdu, əsasən dərmanın yeməkdən əvvəl və ya sonra qəbul edilməsi göstərilirdi. İndi isə bir çox dərmanın içlik vərəqəsində onun istifadəsi, təsirləri və orqanizmə mümkün təsirləri barədə daha geniş məlumat verilir. İnsanlar bu məlumatları oxusalar, qəbul etdikləri dərmanlar haqqında daha ətraflı məlumat əldə edərlər. Bununla yanaşı, həkimin tövsiyələrinə əməl etmək vacibdir. Həkimin dediklərini yerinə yetirmədən müalicədən düzgün nəticə gözləmək olmaz. Bu da sağlamlıq sahəsində rast gəlinən əsas problemlərdən biridir.
Belə məsələlərin gündəmə gətirilməsi çox vacibdir. İnsanlar sağlamlıqlarını qorumaq üçün düzgün məlumatlandırılmalı, dərmanlardan və müalicə üsullarından məsuliyyətlə istifadə etməlidirlər. Digər tərəfdən, həyatda təmkinli və səbirli olmaq, yaşadığımız mühiti və mövcud vəziyyəti düzgün dərk etmək də əhəmiyyətlidir. İnsan şəraitə uyğun davranmağı bacarmalıdır. Bəzən insanlar aylarla dərman qəbul edir, amma sağalmırlar. Burada başqa bir məsələ də var, həkim təyin etdiyi dərmana görə məsuliyyət daşıyır, lakin dərmanın keyfiyyəti ilə bağlı problem varsa, bu, həkimdən asılı olmayan məsələdir.
Həkim məsləhəti olmadan aylarla dərman qəbul etməklə müalicə düzgün aparıla bilməz".

Sağlamlıq       Tarix: 28 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun butun xeberler son xeberler bugun son xeberler bugun 2026 canli