Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladıAdətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kimi əlamətlərin həftələrlə davam etdiyi müşahidə olunur. Bu isə xəstəliyin niyə uzun müddət sağalmaması ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı həkim-ekspert Şahvələd Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda payız mövsümünə xarakterik olan müxtəlif virus infeksiyaları yayılmaqdadır.
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı"Qrip və paraqrip virusları ilə yanaşı, enterovirus, rotavirus, eləcə də koronavirusun Omikron ştamının müəyyən variantlarına da rast gəlinir. Bu cür infeksiyaların yayılması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur.
Virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və digər simptomların uzun müddət davam etməsinin səbəblərindən biri müalicəyə vaxtında başlanılmamasıdır. Bəzi insanlar həkimə müraciət etmək əvəzinə yalnız simptomları yüngülləşdirməyə yönələn vasitələrdən istifadə edir ki, bu da xəstəliyin gedişatına təsir göstərir".
Şahvələd Məmmədovun sözlərinə görə, virus infeksiyalarından sonra öskürəyin üç həftəyədək davam etməsi mümkündür. Boğaz ağrısı və digər əlamətlər də müəyyən müddət qala bilər. Lakin həkim məsləhəti ilə uyğun müalicə və dərman vasitələrindən istifadə simptomların yüngülləşməsinə kömək edir.
Ekspert xüsusilə risk qrupuna daxil olan şəxsləri diqqətli olmağa çağırıb. O, bildirib ki, beş yaşadək uşaqlar, 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar qrip infeksiyasını daha ağır keçirə bilərlər.
Həkim bu kateqoriyadan olan şəxslərə qripə qarşı peyvənd olunmağı tövsiyə edib.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 11 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun xəbər.az dunyada son xeberler sonxabar az