Bakı Bəyannaməsi qəbul edildi
Bakıda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) turizm nazirlərinin 11-ci konfransı işini başa çatdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Konfransda turizmin inkişafı üzrə qətnamə və Bakı Bəyannaməsi qəbul edilib.
Qətnamədə azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib.
Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.
"Bakı Bəyannaməsi" sənədində qarşılıqlı maraqlar əsasında üzv ölkələr arasında sağlamlıq, eko, mədəni və kənd turizminin inkişafı, birgə təşəbbüslərin dəstəklənməsi, sərgilərdə iştirak üzrə əməkdaşlıq, dayanıqlı turizmin inkişafı istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi, İslam mədəni və tarixi irsinin qorunması və təbliği, turizmin İslam haqqında təsəvvürlərin təkmilləşməsində oynayacağı rol, maliyyə institutlarının və özəl sektorun üzv dövlətlərdə turizmə investisiya qoyuluşuna cəlbi kimi məsələlər öz əksini tapıb.
Konfransda İƏT üzvlərinin turizm nazirlərinin növbəti 12-ci görüşünün Mərakeş Krallığında keçirilməsi qərarlaşdırılıb.
Həmçinin 2023-cü il üçün Türkiyənin Şanlıurfa şəhəri və 2024-cü il üçün isə Özbəkistanın Xiva şəhəri İslam Dünyasının paytaxtı seçilib.
Konfransda təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib.
Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?