Bakı ən populyar şəhərlər arasında İLK BEŞLİKDƏ
Dünyanın ən böyük otel rezervasiya sistemlərindən "Booking.com" istifadəçilərinin axtarış sorğularına əsasən, "AVRO-2020"nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.
"Top-5"də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək Bakı şəhərinin də adı var.
Azərbaycan paytaxtı Sankt-Peterburq, Roma və Kopenhagendən sonra 4-cü sırada qərarlaşıb. "Beşliy"i Dublin şəhəri tamamlayır. Bakı siyahıda Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri geridə qoyub.
Bundan başqa, "AVRO-2020"nin qrup mərhələsində azarkeşlərin ən çox maraq göstərdiyi oyunların siyahısı da açıqlanıb. İyunun 13-də Bakı Olimpiya Stadionunda oynanılacaq Uels - İsveçrə qarşılaşması reytinqdə 2-ci sıradadır. İlk pillədə isə eyni gündə Kopenhagendə keçiriləcək Danimarka - Finlandiya görüşü yer alıb.
Qeyd edək ki, Uels - İsveçrə oyunundan başqa, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları və 1/4 final mərhələsinin bir qarşılaşması da Azərbaycan paytaxtında təşkil olunacaq.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar. (report) /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır