Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Fövqaladə Hallar Nazirliyinin xüsusi texnika və canlı qüvvəsi Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı km-liyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görür.
azxeber.com bu barədə agentliyə istinadən xəbər verir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsində qaya parçalarının yola doğru uçqun təhlükəsi yaranıb.
"Yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal sözügedən əraziyə xüsusi texnika və canlı qüvvəsi səfərbər olunaraq Fövqaladə Hallar və Daxili İşlər nazilrikləri ilə birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Bir daha sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur", - deyə agentlik bəyan edib.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat