Xəzərdə böyük oyun: Nə baş verir?

Xəzərdə böyük oyun: Nə baş verir?Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur.
ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri fonunda Transxəzər qaz kəməri layihəsi rəsmi və diplomatik danışıqlarda daha tez-tez müzakirə olunur. Xüsusilə, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Samir Pol Kapurun noyabrın 3-də Aşqabada səfəri zamanı türkmən qazının Xəzər dənizi vasitəsilə Avropa bazarlarına daşınması məsələsi diqqət mərkəzində olub.
KONKRET.azHaqqin.az-a istinadən xəbər verir ki, amerikalı diplomatın Aşqabaddakı görüşlərinə dair tərəflərin rəsmi press-relizində energetika, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və ABŞ investisiyalarının cəlb edilməsi məsələlərinin müzakirə olunduğu bildirilir. Rəsmi məlumatda bu layihənin adı konkret çəkilməsə də, ABŞ dövlət katibinin köməkçisi Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov və xarici işlər naziri Rəşid Meredovla görüşüb. Danışıqlar barədə hər iki tərəfin verdiyi açıqlamalarda konkret detallar yer almasa da, optimist mesajlar diqqət çəkib.
ABŞ Səfirliyinin bəyanatında iki ölkə arasındakı münasibətlərdə "müsbət dinamika" təqdir olunub, ticarət əlaqələri, energetika sahəsində əməkdaşlıq və regional inteqrasiya xüsusi vurğulanıb. Türkmənistanın rəsmi TDH agentliyi hesabatında iqtisadi münasibətləri "səmərəli" kimi qiymətləndirib və Aşqabadın enerji marşrutlarını şaxələndirmək strategiyasının illik məsləhətləşmələrin gündəliyində mühüm yer tutduğunu bildirib. Hesabatda həmçinin Vaşinqtonun türkmən qazını Əfqanıstan və Pakistan üzərindən Hindistana daşıyacaq TAPİ kəmərinə dəstəyi yüksək qiymətləndirilib. Türkmənistan rəsmiləri kəmərin Əfqanıstanın Herat şəhərinə qədər olan hissəsinin 2026-cı ilin sonunadək tamamlanacağını planlaşdırır.
Qərb enerji dairələrində uzun müddətdir ki, Transxəzər neft və qaz kəmərlərinin tikintisi üçün əlverişli geoptik şəraitin yarandığı qeyd olunur. Son həftələrdə Türkmənistanın energetika sektorunun rəhbərləri də dalbadal Qərbə böyük həcmdə təbii qaz nəql etməkdə maraqlı olduqlarını bildiriblər.
Oktyabrın əvvəlində "Türkmənqaz" konserninin sədr müavini Mirat Arçayev Aşqabadın Transxəzər qaz kəməri layihəsini artıq "prioritet tapşırıq" kimi gördüyünü bəyan edib. Amerikalı diplomatın səfəri ərəfəsində isə Aşqabad rəsmiləri ölkədə enerji hasilatı infrastrukturunun təkmilləşdirilməsi və qazın Avropaya nəqli üçün ABŞ yardımı və investisiyalarına ümid etdiklərini bildiriblər. Eurasianet-in yazdığına görə, ABŞ rəsmiləri də Türkmənistan hökumətindən bu layihədə iştirak öhdəliyi almaq niyyətindədirlər.
Oktyabrın 23-də "Türkmənqaz" konserninin idarə heyətinin sədri Maksat Babayev Aşqabadda keçirilən beynəlxalq enerji forumunun yekunlarına dair mətbuat konfransında Türkmənistanın Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya qaz tədarük etməyə hazır olduğunu diqqətə çatdırıb. Babayev Aşqabadın Xəzərdən keçəcək kəmərlə bağlı Bakı ilə danışıqları davam etdirdiyini, qazı öz sərhədində satmağa hazır olduğunu vurğulayıb. Layihənin xammalla təmin edilməsi üçün 27,4 trilyon kubmetr ehtiyatı olan "Qalkınış" yatağının növbəti fazasının işlənilməsi nəzərdə tutulur. Hazırda Çinin CNPC şirkəti 5,1 milyard dollarlıq layihə çərçivəsində yeni quyular qazır. Lakin əsas alıcı olan Çin əlavə 10 milyard kubmetrlik qazı alacağını rəsmən təsdiqləməyib. Ekspertlər hesab edirlər ki, Çin bu həcmləri almazsa, 5,1 milyard dollarlıq investisiya özünü doğrultmaya bilər.
Türkmənistan digər alternatvlərə də baxır: birincisi, illik 33 milyard kubmetr gücü olan TAPİ kəməri ilə Cənubi Asiyaya çıxış; ikincisi isə Transxəzər kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışdır.
Türkiyə türkmən qazının Avropaya nəqlində böyük iqtisadi maraqları olan tərəflərdən biridir. Ankarının məqsədi Avropa üçün qaz qovşağı (hab) yaratmaqdır. Oktyabrın sonunda Türkiyənin Aşqabaddakı nümayəndəsi Şaner Çebeci iki ölkə arasında enerji ticarətinin bərpa olunduğunu və Türkiyə üzərindən Avropaya yeni tranzit marşrutlarının araşdırılacağını bildirib. Həmçinin BOTAŞ dövlət şirkətinin baş direktoru Əbdülvahid Fidan türkmən qazının Xəzərdən keçməklə Avropaya nəqlini Ankarının strateji hədəfi adlandırıb.
Türkiyə və Türkmənistan 2025-ci ilin fevralında BOTAŞ və "Türkmənqaz" arasında İran üzərindən svop tədarükünə dair müqavilə bağlamışdı. Martın 1-dən başlayan tədarük iyun ayından sonra dayandırılıb. EPDK və Argus-un məlumatına görə, Ankara bu dövrdə cəmi 465 milyon kubmetr qaz alıb. Maksat Babayev bunun səbəbini həcm və qiymət ixtilafları ilə izah edib. S&P Global isə ABŞ-nin İrana qarşı sanksiyaları səbəbindən ödəniş problemlərinin yarandığını göstərib. 2026-cı ilin yanvarında Türkiyənin energetika naziri Alparslan Bayraktar alışı bərpa etmək niyyətində olduqlarını bildirsə də, İran üzərindən tədarük hələ də bərpa olunmayıb.
Bakı indiyədək Transxəzər qaz kəməri layihəsinə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirirdi. Azərbaycan tranzit rolunu oynadığı üçün layihənin təşəbbüskarı kimi müəyyən riskləri üzərinə götürmək istəmirdi. Lakin Aşqabadın Transxəzər kəməri ilə bağlı daha konkret mövqe tutması Azərbaycanın da bu layihənin müzakirəsində aktiv iştirakına təkan verə bilər.

Sosial       Tarix: 07 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. xəbər verir ki, Polad Həşimovun bacısı Həşimova Kəmalə xanımla əlaqə saxlayıb, anasının səhhəti il

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. "Qafqazinfo"ya istinadən xəbər veri

Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb

Çin-Azərbaycan əməkdaşlığında müsbət dinamika müşahidə olunur. KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib. Səfir bildirib ki, qarşılıqlı siyasi etimadı

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq". oxuaz-a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət

Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər. xəbə

"Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur" – Deputat

"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli

Ət niyə bahalaşır?

Milli Məclisin deputatı Əli Məsimli bu gün keçirilən iclasda bildirib ki, bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq. O həmçinin qeyd edib ki, xaric

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?

Bakı metrosunda sərnişinlər üçün yeni ödəniş sisteminin tətbiqi maraqla gözlənilir. Belə ki, sərnişin bir dəfə ödəniş etdikdən sonra 90 dəqiqə ərzində metrodan təkrar istifadə edərkən əlavə vəsait ödəməyəcək. Bu mexanizmi


azerbaycan xeberleri yeni xeberler son xeberler zelzele valyuta mezennesi 2026 sonxeberler valyuta