Bakı Metropolitenində sədr müavini VƏFAT ETDİ
Bakı Metropoliteni İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədr müavini Əlisəfa Bağırov vəfat edib.
Bu barədə KONKRET.az-a adı çəkilən qurumdan məlumat verilib.
1957-ci il təvəllüdlü Əlisəfa Bağırov əmək fəaliyyətinə 1978-ci ildə Bakı metrosunun tikintisində sıravi işçi kimi başlayıb, sonralar bir çox yüksək vəzifələrdə çalışıb. 1980-ci illərin əvvəllərində ictimai işlərdə fəallığı nəzərə alınaraq, əvvəlcə 7 saylı, sonradan 2 saylı tunel-tikinti dəstələrində həmkarlar təşkilatlarına rəhbər təyin edilib. 1993-cü ildə "Azərtunelmetrotikinti" ASC-də Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib və 2014-cü ilədək bu vəzifədə çalışıb. 2014-cü il sentyabrın 17-dən MİHİ sədrinin müavini vəzifəsində işləyib.
Əlisəfa Bağırov 2008-ci ildə AHİK-in "Həmkarlar ittifaqında xidmətə görə" medalı və həmkarlar hərəkatında göstərdiyi fəaliyyətə görə AHİK-in yubiley medalı, 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu