"Bakı Metropoliteni"nin 32 milyonluq tenderini Abid Şərifova bağlı şirkət uddu

"Bakı Metropoliteni" QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC (VÖEN – 1000085511) olub.
KONKRET.az Yeniavaz.com-a iostinadən xəbər verir ki, "Bakı Metropoliteni" "H.Aslanov" stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpası işləri üçün qalib şirkətə 31 milyon 677 min 740 manat 95 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC 2013-cü ilə kimi "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.
Qeyd edək ki, açıqlanan məlumatlara görə Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.
Onu da bildirək ki, Azərbaycanda və xarici ölkələrdə Baş nazirin sabiq müavininin ailə üzvlərinə məxsus çoxsaylı şirkətlər fəaliyyət göstərir.
Abid Şərifovun həyat yoldaşı eyni zamanda 27 iyul 2001-ci ildə dövlət qeydiyyatına alınan "Kəpəz-S" Firmasının da 3 ortağından biridir.
Məlumat üçün bildirək ki, Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən il fevral ayının 14-də İngiltərənin paytaxtında "Durweston Street, London, W1H 1PG" ünvanında "Londoncapsule Limited" adlı şirkət qeydiyyatdan keçirib.
O, eyni zamanda 2017-ci ildə təsis olunan "Abeona Global Limited" şirkətinə də rəhbərlik edir.
Atası 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov, anası isə Abid Şərifovun qızı Təranə Mahmudovadır. T. Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən "Optimed" Tibb Mərkəzinin direktorudur. Abid Şərifovu qızı 2002-ci ildə qeydiyyata alınan "A.N.N.N" MMC və 2017-ci ildə qeydiyyata alınan "Güvən 2017" MMC-lərin də direktoru olub.

Sosial       Tarix: 23 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler yeni xeberler azerbaycan xeberleri sosial yardim cəbhədən şad xəbər en son xeberler bu gun hava