Bakı metrosunda yoxlama - Pullar hara xərclənib?

Bakı metrosunda yoxlama - Pullar hara xərclənib?Hesablama Palatası "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.
KONKRET.az xəbər verir ki, palatadan verilən məlumata görə, Hesablama Palatasının 2024-cü il üçün İş Planına uyğun olaraq "Bakı Metropoliteni" QSC-dә 2022-2023-cü illәrdә dövlәt vәsaitlәrinin vә әmlakının istifadә vә idarә olunmasının auditi 2024-cü ilin may-iyun aylarında hәyata keçirilib vә ümumilikdә dövlәt büdcәsindәn ayrılan 240,1 milyon manat vәsait әhatә edilib.
Auditin nәticәlәri әsasәn aşağıdakılardan ibarәt olub:
– Bakı Metropoliteninin ictimai nәqliyyatda oynadığı әvәzsiz rolu vә müasir infrastrukturun inkişaf tempi nәzәrә alınaraq, Bakı şәhәrindә sәrnişin nәqliyyatı sistemini tәkmillәşdirmәk vә nәqliyyatın hәrәkәtinin gәrginliyini azaltmaq mәqsәdilә Azәrbaycan Prezidenti tәrәfindәn "Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı bәzi tәdbirlәr haqqında" 10.11.2008-ci il tarixli Sәrәncam imzalanıb. Sәrәncama әsasәn, ixtisaslaşmış yerli vә xarici şirkәtlәrin iştirakı ilә әhalinin mәskunlaşma coğrafiyası, hәmçinin digәr nәqliyyat vasitәlәri ilә әlaqәlәndirilmә imkanları nәzәrә alınmaqla, Bakı şәhәrinin yeraltı nәqliyyat şәbәkәsinin 20 illik Dövlәt Proqramının hazırlanması tapşırığı verilib. "Bakı Metropoliteninin perspektiv inkişafı ilә bağlı әlavә tәdbirlәr haqqında" Azәrbaycan Respublikasının Prezidentinin 18.03.2011-ci il tarixli 1408 saylı Sәrәncamı ilә Bakı Metropoliteninin mövcud şәbәkәsinin 2030-cu ilәdәk olan müddәtdә mәrhәlәlәrlә genişlәndirilmәsini vә nәhәng metro şәbәkәsinin yaradılmasını nәzәrdә tutan "Bakı Metropoliteni Xәtlәrinin Konseptual İnkişaf Sxemi" vә "Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı" tәsdiq edilib. Cari ilin әvvәlinә olan hesabat mәlumatlarına әsasәn, "Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı"nın hәyata keçirilmәsi üçün Tәdbirlәr Planında nәzәrdә tutulmuş 23 tәdbirdәn 10 tәdbir üzrә işlәr başa çatdırılıb, 13 tәdbir üzrә işlәr qismәn yerinә yetirilib.
– Dövlәt büdcәsindәn bu istiqamәtdә ayrılan subsidiyanın mahiyyәtinin qiymәti tәnzimlәnәn metropolitenlә sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasından ibarәt olması nәzәrә alınmayaraq әmәkhaqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirilmәsi 2022-ci ildә әsas fәaliyyәt üzrә gәlirlәrin xәrclәri 13527,1 min manat üstәlәmәsi şәraitindә müvafiq vәsaitin investisiya xәrclәrinә (әsaslı tәmir, tikinti vә s.) yönәldilmәsi maliyyә inzibatçılığında ziddiyyәtli qәrarlara sәbәb olub.
– Sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib.
– Layihәlәrin ilkin planlaşdırılması üzrә müvafiq texniki-iqtisadi әsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nәzәrdә tutulan vәsaitin Dövlәt İnvestisiya Proqramına ümumi adla daxil edilmәsi icra prosesindә hәmin vәsaitin bir hissәsinin istismar tipli xәrclәrә yönәldilmәsinә, layihәlәrin icrası prosesindә smeta vә müqavilәlәrdә aparılan dәyişikliklәr keçid layihәlәrin uzun müddәt davam etmәsinә şәrait yaradıb.
– "Bakı Metropoliteni"nin tikinti obyektlәri üzrә "Yerinә yetirilmiş işlәrin qәbulu Aktı" ilә rәsmilәşdirilmiş 559,7 min manat dәyәrindә işlәrә dair tәrtib edilmiş smeta sәnәdlәri (işlәrin icrası zamanı iş hәcmlәrinә edilmiş dәyişikliklәr) ekspertizadan keçirilmәyib, 712,9 min manat dәyәrindә işlәrin tikinti norma vә qaydalarının tәlәblәri gözlәnilmәyәrәk smeta sәnәdlәrinә daxil edilmiş xidmәtlәr "tikintinin tәşkili layihәsi"ndә әks etdirilmәmiş vә layihә sәnәdlәrindә nәzәrdә tutulmayan 272,2 min manat dәyәrindә işlәr smeta sәnәdlәrinә daxil edilib.
– QSC tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olub.
– Audit zamanı bәzi hallarda mövcud resursların real dәyәrlәndirilmәsi aparılmadan ehtiyacların qiymәtlәndirildiyi müәyyәn olunmuşdur ki, bu da bir tәrәfdәn әlavә dövlәt vәsaitinin istifadәsinә, digәr bir tәrәfdәn isә aktivlәrin uzun müddәt istifadәsiz saxlanılmasına şәrait yaradıb.
– 2022-2023-cü illәrdә QSC-nin sәlahiyyәtlәrinә aid olan vәzifә vә öhdәliklәrin xәrclәrdә azalma aparılmadan bәzi hallarda paralel olaraq kәnar hüquqi vә fiziki şәxslәrә hәvalә edilmәsi, habelә hәmin xidmәtlәrin dәyәrinin әsaslandırma olmadan artırılması kimi hallar QSC-nin xәrclәrindә sәmәrәsiz vә qәnaәt edilmәyәn vәsait kimi qiymәtlәndirilib.
– QSC-nin 2021-ci vә 2022-ci il maliyyә hesabatlarının tәrtibi üçün müvafiq auditor şirkәtlәri ilә müqavilәlәrin bağlanılmasına baxmayaraq öhdәliklәrin icraçılar tәrәfindәn audit dövrünün sonunadәk icra edilmәmәsi, bәzi hallarda ehtiyatların vә digәr aktivlәrin aidiyyәti üzrə mәdaxil edilmәdәn istifadәyә verilmәsi maliyyә hesabatlılığında şәffaflığın tam tәmin edilmәmәsini, daxili nәzarәt vә uçot siyasәtinin subyektin inkişaf strategiyasına uyğunsuzluğunu әks etdirmәklә maliyyә resurslarının idarәedilmәsi vә inzibatçılığında çevik maliyyә qәrarlarının qәbul edilmәsinә mәnfi tәsiri şәrtlәndirib.
Hesablama Palatasının kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul edib.
Hәmçinin auditlә әhatә olunan iki obyekt üzrә yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma vә abadlaşdırma işlәrinin hәcm vә dәyәrinin müvafiq layihә-smeta sәnәdlәrindәn artıq (o cümlәdәn fәrqli) olmasının müәyyәnlәşdirildiyi nәzәrә alınmaqla digәr obyektlәrin dә bu predmet üzrә daxili nәzarәt qaydasında әhatә olunması, layihә-smeta sәnәdlәrindәn kәnar qaydada yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma işlәrinin faktiki dәyәrinә әsaslanmaqla layihә-smeta sәnәdlәrinә müvafiq düzәlişlәrin edilmәsi üçün sәlahiyyәtli dövlәt qurumlarına müraciәt edilmәsi vә nәticәdәn asılı olaraq qanunvericiliyә uyğun tәdbirlәrin hәyata keçirilmәsi vә aidiyyәti Dövlәt Proqramının Tәdbirlәr Planı üzrә qismәn yerinә yetirilmiş işlәrin başa çatdırılması üçün müvafiq tәdbirlәrin görülmәsi barәdә tәkliflәr irәli sürülüb.//Qafqazinfo

Sosial     Baxılıb: 217   Tarix: 24 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Nazirdən daha iki yeni təyinat

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.   -a istinadla xəbər verir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsin

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə bıçaqlanma hadisəsi baş verib.  Teleqraf-a xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində baş verib. İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıça

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

Aprelin 21-də Bakı Metropolitenində yaranan texniki insident səbəbindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. azxeber.comxəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, sabah Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsini

Azərpoçt'un rəhbəri işdən çıxdı - yeni vəzifəyə təyin olundu

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb. "Report"a istinadən xəbər verir ki, o, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İH sədrinin müşavir

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu gün saat 10:00-dan başlayaraq paytaxtın Qaradağ və Sabunçu rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Belə ki, aparılaca

Günün ulduz falı — İşlər qaydasına düşür, uğur qazanacaqsınız

24 aprel 2026-cı il astroloji baxımdan diqqətçəkən dəyişikliklərlə zəngin gündür. Günün əsas hadisəsi Veneranın Əkizlər bürcünə keçməsidir. Bu tranzit 18 maya qədər davam edəcək və münasibətlər, ünsiyyət, sosial əlaqələ

Avrosu olanlara ŞAD XƏBƏR: 2 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 21-nə olan rəsmi valyuta məzənnələrini elan edib. KONKRET.azAMB-yə istinadən xəbər verir ki, bir ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməz olaraq qalıb və 1,700 manat təşki

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub. xəbər verir ki, Masallı rayonu ərazisində "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsini


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər ən son xəbərlər kriminal xeber son xabar