Bakı sakinini öldürməyə cəhd edən şəxs tutulub
Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.
Prokurorluqdan Open.az-a verilən məlumatda bildirilir ki, cari il aprelin 25-də Suraxanı rayonu ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.
Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və Faris Babaşov CM-nin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilmiş və barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı