Bakı-Sumqayıt qatarında "Mastercard", "Apple Pay" və 'Google Pay"lə ödəniş dayandırılıb
Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının "Mastercard" beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb.
azxeber.com xəbər verir ki, kartla ödəniş etməyə çalışan sərnişinlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) əməkdaşları bununla bağlı xəbərdarlıq edib.
Dəmir yolu işçilərinin sözlərinə görə, məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.
ADY-nin Çağrı mərkəzindən "Report"a faktı təsdiq ediblər və qeyd ediblər ki, "Mastercard" vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay" və "Google Pay" üzərindən ödəniş etməmək tövsiyə edilir:
"Biz ümumiyyətlə "Apple Pay" və "Google Pay"ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə "Mastercard" kartı, "Apple Pay" və "Google Pay" cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır".
"Mastercard" şirkətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, problemin aradan qaldırılması üçün banklarla işlər aparılır: "ADY-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdarıq. Onları aradan qaldırmaq üçün banklarla yaxından təmasdayıq".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var