Bakı və İrəvan arasında YENİ MƏQAMLAR: Artıq təzminat tələbi də

Bakı və İrəvan arasında YENİ MƏQAMLAR: Artıq təzminat tələbi dəSülh sazişi mətninin XV maddəsi Azərbaycan cəmiyyətində bir məsələnin müzakirəsinə səbəb oldu: müharibə və işğal dövründə dəymiş ziyanın ödənməsindən imtina edirik?
XV maddəyə əsasən tərəflər bir-birinə qarşı məhkəmə iddialarından-şikayətlərindən imtina etmək öhdəliyi götürür və bu, haqlı olaraq, "təzminatdan imtina edirik" fikrini yaradır.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, hərçənd, rəsmi Bakının dəfələrlə ən yüksək səviyyədə dilə gətirdiyi təzminat məsələsindən imtina edəcəyi ehtimalı zəifdir.
A. Nərimanlının sözlərinə görə, birincisi, müharibə və işğal dövründə vurulan ziyan Ermənistandakı revanşistlərin, eləcə də həbs olunan separatçıların əməlidir: bundan imtina etmək revanşistlərin və separatçıların məsuliyyətini azalda bilər; ikincisi, təzminat məsələsi Ermənistan üzərində daimi təsir rıçaqlarından biri ola bilər.
O, qeyd edib ki, məsələyə dair müəyyən ehtimallar irəli sürmək üçün açıq qalan suallara cavab axtarmaq zərurəti var. Politoloq sual edir: təzminat sülh sazişinə niyə daxil edilməyib? Onun fikrincə, 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmayan məsələlərdən biri də beynəlxalq məhkəmə iddialarından imtina idi. Mümkündür ki, dəymiş ziyanın ödənilməsi, eləcə də digər iddialar daha öncə mətndə yer alıb, lakin bu məsələlər sazişin razılaşdırılmasını çətinləşdirdiyi üçün çıxarılıb.
A. Nərimanlı vurğulayıb ki, sazişdə yer almayan təzminat məsələsi iki formatda gündəmə gələ bilər. Birincisi, beynəlxalq məhkəmələr qarşısında qaldırılması qəbul olunmuş təcrübədir, lakin bu, Azərbaycan-Ermənistan müstəvisində effektiv olmayacaq. Çünki Qarabağ münaqişəsinin mövcud olduğu dövr təsdiqlədi ki, beynəlxalq hüquq və ədalət çox vaxt siyasi prinsiplərə əsaslanır, həm də bu proses əks iddialarla zaman itkisinə gətirir. İkincisi isə məsələni ikitərəfli formatda Ermənistan qarşısında qaldırmaq nəticə baxımından daha effektiv ola bilər.
Politoloq ehtimal edir ki, Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsini sülh sazişi mətnindən çıxarmaqla Ermənistanla gələcək münasibətlərin qurulmasında ayrıca istiqamət kimi izləmək niyyətindədir. Onun sözlərinə görə, təzminat məsələsi sülh sazişindən kənar da müzakirə oluna bilər. Bu, presedenti olan bir haldır – məsələn, sərhədin delimitasiyası və Zəngəzur dəhlizinin açılması sülh sazişindən kənar müzakirə edilirdi və nəticələr qənaətbəxş oldu.
O əlavə edib ki, itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında ayrıca saziş imzalanacaq. Bu, paraflanmış sülh sazişi mətninin IX maddəsində öz əksini tapıb. Bu o deməkdir ki, Ermənistanla münasibətlərin qurulmasında azərbaycanlıların tarixi yurdlarına qayıdışı, dəymiş ziyanın ödənilməsi kimi məsələlər də ayrıca istiqamətdə müzakirə edilə bilər.
A. Nərimanlıya görə, IX maddədə qeyd olunan "onların qalıqlarının axtarılması və geri qaytarılması, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsi" fikirləri Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı zorakılıq törədənlərin cəzalandırılması deməkdir. Əgər bu şəxslər cəzalandırılacaqsa, onların əməllərinin nəticəsi olan dəymiş ziyanın ödənilməsi də gündəmdə qalacaq.
Politoloq hesab edir ki, dəymiş ziyanın hansı formada ödənilməsi isə əlavə müzakirə mövzusu ola bilər.
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı sonxabar sonxeber hava haqqinda