"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub.
azxeber.com xəbər verir ki, görüşdə həmçinin, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Şahin İsrafilov da iştirak edib. Görüş zamanı çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev işgüzar səfərin məqsədi, Marsol Group-un fəaliyyəti və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların vahid biznes platformasında bir araya gəlməsinin, qarşılıqlı təcrübə mübadiləsinin və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətini vurğulayıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov isə çıxışında Quba rayonunun iqtisadi potensialı, sahibkarlığın inkişafı istiqamətində görülən işlər və biznes subyektləri üçün yaradılan imkanlar haqqında danışıb. O, regionda iqtisadi fəallığın artırılması və sahibkarların fəaliyyətinin genişləndirilməsi baxımından bu kimi təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşün davamında iştirakçılar öz şirkətlərinin fəaliyyəti və təmsil etdikləri sahələr barədə məlumat verərək qarşılıqlı tanışlıq imkanı əldə ediblər. Səmimi və işgüzar mühitdə keçən müzakirələr zamanı sahibkarlar arasında potensial əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.
Görüş paytaxt və region sahibkarları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və gələcək biznes əməkdaşlıqları üçün yeni imkanların yaranması baxımından əhəmiyyət daşıyıb.

İqtisadiyyat       Tarix: 01 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub. xəbər verir ki, görüşd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri