"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO

"Parker Russell Azerbaijan" beynəlxalq səviyyədə növbəti uğura imza ataraq "Best Consulting Firm 2026" ("2026-cı ilin ən yaxşı konsaltinq şirkəti") mükafatına layiq görülüb. 
azxeber.com xəbər verir ki, mükafat Londonda keçirilən "Parker Russell International Qlobal Forumu" çərçivəsində təqdim olunub.
Bu mükafat "Parker Russell Azerbaijan"ın konsaltinq sahəsində fəaliyyətinin inkişafının, həyata keçirilən layihələrin uğurlu nəticələrinin və müştərilərə göstərilən xidmətlərin yüksək keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Əldə olunan nailiyyət şirkətin peşəkar yanaşmasını, davamlı inkişaf strategiyasını və müştəri məmnuniyyətinə verdiyi önəmi bir daha təsdiqləyir.
Forum çərçivəsində "Parker Russell Azerbaijan"ın icraçı direktoru Azər Quliyev "İnkişaf etməkdə olan iqtisadiyyatlarda korporativ borc bazarlarının inkişafı" (Development of Corporate Debt Markets in Emerging Economies) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı korporativ borc bazarlarının biznes subyektləri üçün alternativ maliyyələşmə imkanlarının genişləndirilməsində rolu, bu bazarların inkişaf perspektivləri və inkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə bazarlarının təkmilləşdirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Bu mükafat "Parker Russell Azerbaijan"ın beynəlxalq konsaltinq bazarında mövqeyinin möhkəmləndirilməsi və peşəkar fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli nailiyyət hesab olunur. Şirkətin əldə etdiyi bu uğur həmçinin Azərbaycanda konsaltinq sektorunun inkişafı və yerli mütəxəssislərin beynəlxalq platformalarda təmsil olunması baxımından diqqətəlayiq hadisədir.

İqtisadiyyat       Tarix: 01 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Məhkəmə ekspertizasını

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub. xəbər verir ki, görüşd

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı

Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni "Analitika" funksiyasını istifadəyə verib. Ölkədəki investisiya tətbiqləri arasında bu imkan ilk dəf

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 sonxeber krimnal bugun en son xeberler bu gun