Bakıda 30 min manat dəyərində qapı və kondisionerlər oğurlandı
Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb.
azxeber.com DİN-ə istinadən xəbər verir ki, rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda "VAZ" markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat